NAXÇIVAN HAKİMİYYƏTİ DAHA BIR İLKƏ İMZA ATDI
«Bizim yol» qəzeti yazır ki, «intihara cəhd etdiyi üçün psixi vəziyyəti ağırlaşaraq Naxçıvan Psixi Xəstəliklər Dispanserinə yatırılan Şərur rayonu Qorçulu kənd sakini, AXCP-nin üzvü Sevindik Əhmədov üç gün sonra müalicə almadan məcburi qaydada Dispanserdən xaric edilib. S. Əhmədov bunun səbəbini müxalifətçi olmasında görür». S.Əhmadov deyib ki, əvvəlcə onu qəbul ediblər, sonra isə kim olduğunu araşdırandan sonra evə göndərilib. Dispanserin baş həkimi S. Əhmədovun yarımçıq, müalicə almadan xaric olunmasının səbəbini açıqlamaqdan imtina edib.
AZƏRBAYCANLA XORVATİYA ARASINDA ƏLAQƏLƏR ÇOX UĞURLA İNKİŞAF EDİR
«Yeni Azərbaycan» qəzeti Xorvatiya prezidenti İvo Yosipoviçin Azərbaycana səfərindən yazıb. Xorvatiya prezidenti deyib ki, Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur və ikitərəfli münasibətlər qarşılıqlı anlaşmaya əsaslanır.
SƏFƏR ƏBİYEVİN İRAN SƏFƏRİNİN GİZLİNLƏRİ
«Azadlıq» qəzeti yazır ki, İsraillə 1,6 milyard dollarlıq silah anlaşmasından sonra müdafiə nazirinin İrana səfəri gizli mətləblərdən xəbər verir. Konfliktoloq Arif Yunus qəzetə deyib ki, müdafiə nazirinin yalnız müdafiə məsələləri deyil, siyasi və geosiyasi məsələləri müzakirə edə biləcəyini deyir. Bunların arasında mümkün müharibə, iki ölkə arasında hərbi vəziyyət də müzakirə predmeti olacaq. «İlk növbədə İran Azərbaycanda İsrailin və ABŞ-ın hərbi qüvvələrinin hər hansı bir formada yerləşdirilməsinə, onların burda fəaliyyət göstərməsinin qəti əleyhinədir. Bu kimi halların baş verə biləcəyini İranı ciddi narahat edir. Rəsmi Tehran bu məqamlara xüsusi toxunacaq».
QARANLIQ OTAQDA QARA PİŞİK TUTMAQ ÇƏTİNDİR
«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycanda qəzetin nə olduğunu bilən hər kəsə «Azərbaycanda mətbuat azadlığı varmı?»- sualı ilə müraciət etsən, şübhəsiz, cavabında istehzalı təbəssümlə üzləşərsən. Bu istehzanın mənası odur ki, «sən, deyəsən, Azərbaycanda yaşamırsan və dünyadan xəbərin yoxdur!». Amma nədənsə ölkəmizdə hamıya gün kimi aydın olan bu məsələyə bəzi beynəlxalq qurumlar qara eynəklə baxırlar. «Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycanda mətbuat və söz azadlığı, insan hüquqlarının qorunması ilə bağlı məsələləri dərindən araşdırıb obyektiv qiymətləndirmək niyyətindən uzaqdırlar. Məsələn, «Human Rights Watch», «Freedom House», «Amnesty International», «Sərhədsiz Reportyorlar» kimi qurumlar daim ikili standartlarla çalışırlar. Onların ölkəmizlə bağlı fəaliyyətində görülən işləri düzgün qiymətləndirmək, proseslərə obyektiv yanaşmaq meylini duymuruq!».