Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

AzadlıqRadiosunun 4 əməkdaşı müsabiqə qalibidir


Azadlıq Radiosu
Azadlıq Radiosu
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu «Media və ictimai vəsaitlərin şəffaflığı» mövzusunda
jurnalist müsabiqəsinin nəticələrini elan etdi. AzadlıqRadiosunun 4 əməkdaşı müsabiqə qalibləridir.

Arifə Kazımovanın «Azərsu» dövlət pullarını kimə və necə xərcləyir?» və Şahnaz Bəylərqızının «Eurovision 2012» neçəyə başa gələcək» araşdırmaları 1-ci yeri qazanıblar.

Nüşabə Fətullayevanın Olimpiya İdman komplekslərinin fəaliyyətindən bəhs edən araşdırması isə ikinci yerdə qərarlaşıb.

Növbəti yerdə gələn «Xaricdən alınan bahalı ağacların sirləri» araşdırması isə Kəbiran Dilavərlinindir.

Digər qaliblər isə Elxan Salahov, Aytən Fərhadova, Hicran Həmidova, Gülər Mehdizadə, Kamal Əli və Zülfüqar Hüseynzadədir.

Qaliblərə pul mükafatı nəzərdə tutulub.

Bundan əlavə münsiflər 7 jurnalistə həvəsləndirici mükafat müəyyənləşdirib.
XS
SM
MD
LG