Bakıda rəsmi səfərdə olan Xorvatiya prezidenti İvo Yosipoviçlə Azərbaycan prezidenti İlham Əliyevin martın 12-də təkbətək görüşü keçirilib.
Prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
Tərəflər arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında saziş, həmçinin gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb. /Azertac/