Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Dünya Azərbaycanlı Gənclər Birliyinin qurultayıdır


Gülüstan sarayından görüntü
Gülüstan sarayından görüntü
Martın 12-də Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı başlayıb.

Tədbirdə xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdığı təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, xaricdə təhsil alan gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.

Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə «Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi» mövzusu ətrafında məruzələr ediləcək və müzakirələr aparılacaq.

İkinci panelin mövzusu «Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında», üçüncü panelin mövzusu isə «Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi» olacaq.

Panellər üzrə müzakirələr tamamlandıqdan sonra qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq. Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək.
XS
SM
MD
LG