Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:44

Hökumətin kəndliyə yardımlarını əslində kimlər alır?


Hökumətin kəndliyə yardımlarını əslində kimlər alır?
Gözlə

No media source currently available

0:00 0:54:45 0:00
Direct-ə keçid

Hökumətin kəndliyə yardımlarını əslində kimlər alır?

-

İlə 6-7 yüz milyon manat hara gedir?


Azərbaycan hökuməti öz hesabatlarında qeyd edir ki, fermer təsərrüfatlarına həm subsidiyalarla, həm də vergi güzəştləri ilə davamlı yardımlar edir. İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, kəndliyə verilən subsidiyaların, güzəştli gübrə və texnikanın əslində kəndliyə çatıb-çatmamağı ciddi şübhə altındadır. AzadlıqRadiosunun “Korrupsiometr proqramında İqtisadi təşəbbüslərə yardım mərkəzinin sədr müavini Rövşən Ağayev fikirlərini bu cür əsaslandırdı:

Rövşən Ağayev
Rövşən Ağayev
- Kənd təsərrüfatına ildə 600-700 milyon manat pul ayrılır. Amma cəmiyyətdə şübhələr, inamsızlıq var ki, bu pullar əslində kənd təsərrüfatının inkişafına xərclənmir.

Bu gün Azərbaycanda hökumət özü də etiraf edir ki, fermer təsərrüfatları yoxdur, əslində ailə təsərrüfatları var. Vergi Məcəlləsində güzəşt hüquqları isə daha çox hüquqi şəxslərə ünvanlanıb. Yəni həmin vergi güzəştlərinin çoxu ailə təsərrüfatlarına şamil edilmir.

Birbaşa korrupsiya ittihamı irəli sürmək çətindir. Amma mən vəsaitlərin qeyri-şəffaf xərclənməsi iddiası ilə çıxış edə bilərəm. Bizdə keçirilən tenderlər formal olur. Halbuki, məsələn, qonşu Gürcüstanda kənd təsərrüfatı texnikası alınanda xarici ölkələrin mətbuatında belə həmin tenderlər haqqında elan verilir.

Hökumətin gübrəni kəndliyə yarı qiymətə verdiyi sadəcə quru söz imiş?

Hökumət gübrəni kəndliyə yarı qiytməhökumət gübrənin qiymətinin yarısını kəndliyə bağışlayır, amma qalan yarı qiymət də bazardan daha bahadır

Verilişə Salyan rayonundan qoşulan fermer Elçin Əzizov isə deyir ki, hökumətin onlara verdiyi güzəştləri də əldə etmək faktiki olaraq mümkün olmur:

- Hazırda aqrolizinqdə gübrənin tonu 400 manata yaxındır, amma bazarda həmin gübrənin tonu 200 manatdır, bunun nəyi güzəşt oldu, anlamıram. Həmin 400 manatın 200 manatını biz ödəyirik, 200 manatını da güzəşt edilir. Gübrəni gedib aqrolizinqdən götürmək məcburiyyətindəyik.

Salyan rayonunun Kür-Qaraqaşlı kəndindən aqrolizinq 36 kilometr aralıdadır. Biz əgər bir ton gübrədən ötrü 36 kilometr o yana, o qədər də geri yol getməliyik. Gübrəni oradan almaqdansa elə bazarda da tonu 200 manatdır da. Bazardakı məhsulla aqrolizinqdəki məhsul da eyni markadır, eyni istehsal fabrikinin məhsuludur.

Salyan rayon Kür-Qaraqaşlı kəndi ərazisində kollektorlar sonuncu dəfə 1992-ci ildə qazılıb. Ona görə də hazırda torpağın şor qatı üzə çıxır. Bu sahəyə diqqət yoxdur, nəzarət yoxdur.

​Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev
​Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev
Aqrolizinq ancaq bahalı kombayn və şum traktorları gətirir. 21-ci əsrdə insanlar çölə at arabası ilə gedirlər. İnsanları aparmağa texnika yoxdur, məhsulu çıxarmağa texnika yoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən ittihamlara yalanlama


​Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə fermerin sadaladığı problemlərə cavab verərək dedi ki, kənd təsərrüfatında heç bir qeyri-şəffaflıqdan söhbət gedə bilməz.

- Becərmə alətləri tam təmin olunub. Fermerlər daim əlaqə yaradılır, hansı texnika lazım olanda gətirilir. Bölgələrdə bazalarımız var.

Deyirlər bazarda gübrəni daha ucuz alırıq. Amma o gübrə həmin keyfiyyətdədirmi, buna baxmaq azımdır. Kənd Təsərrüfatı Nazirliyinin funksiyası da elə bundan ibarətdir: keyfiyyətin yoxlanması, araşdırmaların aparılması, fermerlərə məsləhətlərin verilməsi. Nazirlik plan qoymayıb, müdaxilə etmir, dövlət hərtərəfli yardım edir.

Hollandiyada yaşayan azərbaycanlı Eldəniz Yusifov
Hollandiyada yaşayan azərbaycanlı Eldəniz Yusifov
Hollandiyada yaşayan azərbaycanlı Eldəniz Yusifov həmin ölkədə hökumətin kənd təsərrüfatına yardımları haqqında məlumat verdi:

- Ölkənin torpaqları qeyri-münbit olsa da dövlət insanların məhsul istehsal etmələri üçün hər şəraiti yaradıb. Onların işə başladıqları ilk iki ildə dövlət hər hansı fermerdən vergi almır. Banklardan kreditlərin verilməsi kimi bütün bu sahələr öz həllini tapıb. Bir çox dövlət qurumları, ictimai təşkilatlar bu sahəyə yardım etmək üçün çalışırlar.

Fermer təsərrüfatı ilə məşğul olmaq istəyənlərə əvvəlcə iki aylıq kurslar keçirilir. Onlara sahənin incəlikləri başa salınır. Bu sahədə dövlət təşkilatları ilə yanaşı, müstəqil ictimai qurumlar da fəallıq göstərirlər.

Müzakirəni tam şəkildə burada dinləyə bilərsiniz:


MÜZAKİRƏDƏ SƏSLƏNƏN TƏKLİFLƏR:

Rövşən Ağayev
- Subsidiya alan fermerlərin adları internet vasitəsilə açıq elan olsun.
- Kooperativlər yaradılsın.
- Tenderlər şəffaf keçirilsin.

Elçin Əzizov
- Təsərrüfatlara texnika verildin.
- Kollektorlar təmizlənsin ki, torpaqların şoranlaşmasının qarşısı alınsın.


Bəlkə səndə daha yaxşı ideyalar var.

Kəndliyə veriləsi yardımları əslində məmurların mənimsədikləri barədə ardı-arası kəsilməyən iddiaların əsası nədir?

Bəs, qərarı verən sən olsaydın, kəndliyə yardımlar və güzəştləri necə çatdırardın ki, yolda kimsə onu mənimsəməsin?

Fikirlərini aşağıdakı foruma göndər, sənin də səsi eşidilsin.

XS
SM
MD
LG