Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:55

İraqda 1 alinənin 5 üzvü öldürülüb


İraqın Tarmiya şəhərində merin cangüdəni və ailəsinin 4 üvü qətlə yetirilib.

Bu barədə France-Presse agentliyi yerli polisə istinadla xəbər verir.

Naməlum adamlar şənbə günü axşam cangüdənin evinə hücum edərək onları güllələyib, sonra isə evi partladıblar.

Tarmiya şəhəri Bağdadən 45 kilometrliyində yerləşir.

Bu şəhər əvvəllər sünni yaraqlıları və əl Qaidənin dayaq nöqtələrindən biri olub.

Rəsmi məlumata görə təkcə bu ilin fevralında İraqda 150 adam öldürülüb.
XS
SM
MD
LG