Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Zaqatalada 4- 4,5 bal gücündə zəlzələ olub

Bu gün saat 11.40 radələrində Zaqatalada 4- 4,5 bal gücündə zəlzələ olub. Dağıntı və tələfat yoxdur.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Zaqatala, Balakən, Qax və Şəkidə də hiss olunub.
Zaqatala sakinlərinin verdiyi məlumata görə, yeraltı təkanlar 10 saniyəyə qədər çəkib, təşviş içində olan camaat küçələrə axışıb.
This item is part of
XS
SM
MD
LG