Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Dəməşqdə Kofi Annanla Bashar Assad arasında növbəti görüş gözlənilir


Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətində hərbi əməliyyatları davam etdirir.

Suriya insan hüquqları mərkəzi ordu qüvvələrinin Cisr əl Şuqur şəhərindəki məhəllələrdən birinə hücum etdiklərini, müxalifət fəallarının həbs edildiyini xəbər verir.

Yerli fəalların məlumatına görə dünən əyalətdə baş vermiş toqquşmalarda 60-dan çox adam ölüb.

Bazar günü Dəməşqdə BMT-nin Suriya üzrə xüsusi elçisi Kofi Annanla prezident Bashar Assad arasında növbəti görüş gözlənilir.

Danışılqlar zamanı ölkədə zorakılıqların dayandırılması və siyasi dialoqla bağlı təklif müzakirə olunacaq.

Bashar Assad dünənki danışıqlarda bildirib ki, nəqədər ki, ölkədə terorçu qruplar fəaliyyət göstərir müxalifətlə dialoq mümkün deyil.
XS
SM
MD
LG