Martın 11-də Bakıda və Abşeron yarımadasında qar yağır. Mülayim şimal-şərq küləyi əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, gecə 0 -2 dərəcə şaxta, gündüz 1 - 4 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.