Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 02:12

Bəhreyndə yaralanmış müxalifət fəalı ölüb


Bəhreyndə martın əvvəllərində keçirilmiş mitinq zamanı yaralanmış müxalifət fəalı bu gün keçinib.

Bu barədə müxalifətdə olan Vefaq partiyasının nümayəndəsi xəbər verir.

Dünən paytaxt Manamada yenidən siyasi islahatlar tələbilə mitinq keçirilib.

Polis bir qrup etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Amma ümumilikdə aksiya dinc olub.

Şiə müxalifəti ölkə konstitusiyasına dəyişiklik edilməsi və hakim sünni krallığının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.
XS
SM
MD
LG