Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

İlham Əliyev Respublika Stadionunda olub


Prezident İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31200-ə çatacaq. Bundan başqa «ailə otağı» adlanan 16 xüsusi otaq inşa olunacaq.

Tribunada mətbuat üçün kompüterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaq. Burada eyni zamanda 500 nəfər üçün VIP yerlər təşkil olunacaq və VIP restoran fəaliyyət göstərəcək.

Stadiondakı oturacaqlar tamamilə yenidən qurulacaq. Stadionda əlavə olaraq 3 yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur..

Ümumi sahəsi 85700 kvadratmetr olan Tofiq Bəhrəmov adına stadion Bakıda keçiriləcək «Eurovision 2012» mahnı yarışmasının keçirilməsi üçün ehtiyat yerlərdən biridir. Stadionda təmir və yenidənqurma işlərini Koreyanın «Samhoa» şirkəti aparır.

Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. /AzərTAc/
XS
SM
MD
LG