Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Dabanı Kambocadadır, gövdəsi mübahisəli...


Kamboca hakimiyyəti ABŞ-a 1000-dən çox yaşı olan döyüşçü heykəlini geri qaytarmaq üçün müraciət edib.
The New York Times yazır ki, heykəl hazırda New Yorkda «Sotheby's» hərracındadır.
Bəzi ekspertlər heykəlin ölkədən «Qırmızı kxmerlərin» Vyetnamla müharibəsi (1975-79) zamanı çıxarıldığını güman edir.
2011-ci ilin martında bu heykəlin 2-3 milyon dollar arası hərraca çıxarılacağı nəzərdə tutulmuşdu.
Ancaq hərracdan bir az əvvəl satış dayandırılıb.
Kamboca hökuməti həmin vaxt heykəlin ölkədən qeyri-qanuni çıxarılması ilə bağlı bəyanat vermişdi.
«Sotheby's» isə sənət əsərinin «əsil-nəcabətinin» bəlli olduğu qənaətindədir. Hərrac evi heykəli onlara «Avropalı tanınmış xanım»ın təklif etdiyini bildirir və həmin xanımın əsəri 1975-ci ildə - müharibədən öncə aldığını iddia edir.
ABŞ Milli Təhlükəsizlik Nazirliyi Kambocanın təklifi ilə heykəlin əslini, mənşəyini öyrənmək üçün (provenance) istintaqa başlayıb.
1000 yaşlı heykəlin hündürlüyünün 1, 5 metr, çəkisinin 112 kq olduğu xəbər verilir. O, döyüşə hazırlaşan əsgər formasındadır.
Deyilənə görə, heykəlin ayağının daban hissəsi çatışmır. Arxeoloqların fikrincə bu onun oğurlandığının göstəricisi sayıla bilər.
Ən maraqlısı da budur ki, bu yaxınlarda Kambocada belə heykəllərin saxlandığı Kox Ker məbədində təkcə daban hissəsi qalmış altlıq (pyedestal) aşkar olunub...
Bəlkə bu daban elə həmin döyüşçünündür?
Heykəlin oğurluq olub-olmadığını yəqin ki, istintaq üzə çıxaracaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG