Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:10

Naxçıvanda «Bir də etmərəm» səhnələşdirilir


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Şərq Qapısı
27.01.2012
Sayı: 16(20.422)
RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFI MÜASİRLİYİN ƏLAMƏTİDİR
Naxçıvanlılar bu texnologiyadan yüksək səviyyədə istifadə etmək imkanı qazanıblar
...Ölkə başçısı İlham Əliyev demişdir: «Mən informasiya – kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Bu, gələcəkdir, gələcəyin inkişafıdır».
Naxçıvan informasiya texnologiyalarının tətbiqində digər regionlarımız üçün bir örnəkdir. Faktdır ki, muxtar respublikamız paytaxt Bakıdan sonra bu sahədə ikinci yerdə gedir. Bakıda tətbiq olunan hər hansı informasiya texnologiyaları qısa müddət ərzində Naxçıvana da ayaq açır. Bu gün muxtar respublikada kompüterlərin sayı 85 mini ötüb...
Göründüyü kimi, muxtar respublikada həyatımızın digər sahələri ilə yanaşı, rabitə və informasiya texnologiyalarının inkişafı istiqamətində də həyata keçirilən tədbirlər dinamik xarakter almışdır. Ancaq, bu sahədə reallaşdırılan tədbirlərin hamısı barədə kiçik bir yazıda məlumat vermək qeyri – mümkündür. Belə bir məsəl var: «Görünən dağa nə bələdçi?» Bu gün bütün naxçıvanlılar rabitə və informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək imkanı qazanmışlar.
ÖTƏN İL MUXTAR RESPUBLİKADA 1031 TON BAL İSTEHSAL EDİLMİŞDİR
...Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, arıçılığın inkişafı ilə bağlı dövlət maliyyə dəstəyinin həcminin ildən – ilə artırılması, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi, satış bazarlarının səmərəli təşviqi bu sahənin inkişafında əvəzsiz rol oynamışdır. 2011-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin sayı 2 min 850-yə çatmışdır. 1 yanvar 2011-ci il tarixə muxtar respublikada 60 min 627 arı ailəsi mövcud olmuşdur. Muxtar respublikamızda aqrar islahatlar aparıldığı dövrdə 6045 arı ailəsi olduğu halda , 2000-ci ildə 12407 arı ailəsi, 2005-ci ildə 20551 arı ailəsi və 1 yanvar 2012-ci il tarixə 60627 arı ailəsi olmuşdur. Arıçı fermerlər 2003-cü ildə 154,5 ton, 2005-ci ildə 297,1 ton, 2010-cu ildə 710 ton və 2011-ci ildə 1031 ton bal istehsal etmişlər.
Afişa:
«BİR DƏ ETMƏRƏM»
Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimovanın verdiyi məlumata görə, Teatr Rəvan Tahiroğlunun «Bir də etmərəm» əsərinin məşqlərini aparır. Tamaşanın quruluşçu rejissoru və və musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, rəssamı Naxçıvan Muxtar Respublikası əməkdar rəssamı Səyyad Bayramovdur.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- İlin yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir
- Hemodializ müalicəsi xroniki böyrək çatışmazlığı probleminin həllində yeni mərhələdir
- İnsana qayğı onun iqtisadi fəallığını artırır
XS
SM
MD
LG