Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:06

Ağdamda minaya düşən traktorçu yaralanıb


Martın 9-u günorta saatlarında Ağdamın Mirəşəlli kəndində torpaq şumlayan traktor minaya düşüb. Nəticədə traktorçu Rövşən Bayram oğlu Bayramov xəsarət alıb, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilir.

Xəstəxanadan AzadlıqRadiosuna verilən məlumata görə, 1979-cu il təvəllüdlü R. Bayramovun hazırda vəziyyəti kafidir, «qəlpələr daxilə keçməyib. O, rentgen olunub, bir azdan palataya köçürüləcək».

Minaya düşən traktorun yararsız hala düşdüyü bildirilir.
XS
SM
MD
LG