Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

Dünya dövlətləri İranla danışıqlardan konkret nəticə gözləyirlər


Dünya dövlətləri hesab edirlər ki, İranın nüvə proqramıyla bağlı yaxın zamanlarda nəzərdə tutulan danışıqlar ciddi və heç bir şərtsiz olmalı, nəticələr verməlidir.

Danışıqlarda iştirak edən ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya Tehranı
BMT müfəttişlərinin nüvə obyektlərinə buraxılmasına şərait yaratmağa çağırıblar.

İranın ali dini lideri Ali Ayatolla Khamenei ABŞ prezidenti Barack Obananın İranla bağlı bəyanatını alqışlayıb.

Obama bəyan edib ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti hələ ki, diplomatik yolla həll etmək olar.

O İranın nüvə proqramının hələlik birbaşa təhlükə törətmədiyini bildirib, məsələnin hərbi yolla həlli tərəfdarlarını tənqid edib.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran itihamıə rədd edir.
XS
SM
MD
LG