Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Yol polisi qadınlara sürpriz edib


8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə sürpriz hazırlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Azneft dairəsi yaxınlığında dayanaraq nümunəvi qadın sürücülərə hədiyyələr veriblər.

ANS PRESS-in məlumatına görə, aksiyanın ilk nümunəvi sürücüsü Afət Asayeva adlı qadın olub.

Yol polisi Gülgəz xanıma gül dəstəsi, ətir, Bakıdakı restoranlardan birində iki nəfərlik şam yeməyinə kupon və pulsuz texniki xidmət üçün kupon verib.

Aksiya günorta saatlarınadək davam edib.
XS
SM
MD
LG