Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Avropa Komissiyası Macarıstana 1 ay vaxt verib


Avropa Komissiyası onun prinsipləri və müqaviləsinə zidd olan qanunlara düzəliş etmək üçün Macarıstana 1 ay vaxt verib.

Söhbət məhkəmələr və şəxsi məlumatların müdafiəsi idarəsinin müstəqilliyini pozan 2 qanundan gedir.

Macarıstanın baş naziri Viktor Urban bundan əvvəl bildirib ki, Avropa Komissiyasının qanuni yolla seçilmiş Macarıstan hökumətinə göstəriş vermək haqqı olmadığını deyib.

Avropa Komissiyası və digər Avropa Birliyi orqanları dəfələrlə Macarıstan hökumətini vətəndaşların hüquqlarını pozan qanunlar qəbul etməkdə tənqid ediblər.
XS
SM
MD
LG