Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Lotereya qaydaları təsdiq olundu


Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları» təsdiq edilib.

QKDK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sözügedən Qaydalarla lotereya iştirakçılarının hüquqlarının qorunması, effektiv nəzarətin həyata keçirilməsi, habelə bu sahədə məlumatların açıqlanması mexanizmləri müəyyən edilib.

«Yeni Qaydalarda stimullaşdırıcı lotereyaların təşkilinə, o cümlədən lotereyaların şərtlərinə, biletlərinə, uduş fondunun oynanılmasına, habelə məlumat və hesabatlara dair tələblər müəyyən edilib və bununla da davamlı nəzarətin həyata keçirilməsi prosedurları öz əksini tapıb".
XS
SM
MD
LG