Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

İsrail İrana qarşı digər variantların açıq olduğunu deyir


İsrail İranın nüvə proqramıyla bağlı beynəlxalq danışıqların bərpasının mümkünlüyünü alqışlasa da hərbi zərbə də daxil olmaqla başqa variantların hələ də açıq qaldığını bəyan edib.

Bunu İsrail Təhlükəsizlik Xidmətinin rəhbəri Yakov Amidor bildirib.

Çərşənbə axşamı verilən məlumata görə, İran, BMT təhlükəsizlik şurasının 5 daimi üzvü və
Almaniya arasında danışıqlar gözlənilir.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG