Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

BMT rəsmisinin Dəməşqə səfəri gözlənilir


BMT-nin hümanitar məsələlər üzrə idarəsinin rəhbəri Valerie Amosun Dəməşqə səfəri gözlənilir.

İkigünlük səfərdə məqsəd əhaliyə hümanitar yardım çatdırmaq üçün Beynəlxalq Qızıl Xaç
Komitəsinin əməkdaşlarına şərait yaratmaqdır.

Müxalifət fəalları 3 gündür ki, Homs əyalətindəki Rastan və əl Kuseyr şəhərlərinin atəşə tutulduğunu deyirlər.

Yerli sakinlər qonşu Livana qaçmağa çalışırlar.

Hüquq müdafiəçilərinin məlumatına görə hökumət həmçinin Türkiyə ilə sərhəddə yerləşən
İdlib əyalətinə əlavə qüvvələr yeridir.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət rəzində 7500 adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG