Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:54

Bölgələrdə inkişaf, 17 mart aksiyasına hazırlıq


Mətbuat icmalı
Mətbuat icmalı
«HAKİMİYYƏTİN QARŞISINA ÇIXMAQ VAXTI YETİŞİB»

«Yeni Müsavat» qəzeti martın 7-də Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsində təmsil olunan gənclər təşkilatlarının sədrləri və üzvləri ilə müzakirədən yazı təqdim edib. «Hakimiyyətin qarşısına çıxmaq vaxtı yetişib» sərlövhəli yazıda Nigar Yaqublu deyir: “17 mart aksiyasına hazırlaşırıq. Bu, dinc aksiya olacaq. Gənclər anlamalıdır ki, baş verəcək dəyişikliklərdə onların mühüm rolu olacaq. Həyatımızı dəyişmək üçün özümüz nələrsə etməliyik. Proseslərə qoşulmaq lazımdır. Bütün gün təzyiq altında yaşamaq hakimiyyətin təhqirlərini qəbul etmək anlamına gələcək. Haqqını tələb etməyi bacaran gənclər aksiyaya çıxsın».


«UZUN İLLƏR BİRGƏ OLACAĞIQ»


«Yeni Azərbaycan» qəzeti Azərbaycan-Gürcüstan münasibətlərinə geniş yer ayırıb. Qəzet yazır ki, prezident İlham Əliyev uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacağını diqqətə çatdırıb: «Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik», - İlham Əliyev deyib.


«RUSİYADAKI PREZİDENT SEÇKİSİNƏ BIR BAXIŞ»

«Bizim yol» 7 mart tarixli sayında köşə yazarı Məmməd Süleymanov Rusiyadakı prezident seçkisini təhlil edib. Müəllif hesab edir ki, Rusiyada hakimiyyətin təbliğat maşını, administrativ aparatı, 2 onillikdir davam edən permanent zombiləşdirmə, «narıncı inqilabla» qorxutmalar öz işini görüb: «Anacaq bu heç bir halda müxalifətin ifrat zəif olması faktını «yumşaltmır».


«BÖLGƏLƏRDƏKİ İNKİŞAFI GÖRMƏK ÜÇÜN STATİSTİKAYA BAXMAQ LAZIM DEYİL»


«Azərbaycan» qəzeti isə bu günkü sayında regionların getdikcə daha cəlbedici olmasından yazır. Yazı müəllifi bildirir ki, regionların sosial inkişafı proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdəki inkişafı görmək üçün statistikaya ehtiyac yoxdur: «Sadəcə, hər hansı regiona yolunu salmaq kifayətdir ki, şəhər və qəsəbələrimizin, rayon mərkəzləri və kəndlərimizin yaxşılığa doğru dəyişməsinin şahidi olasan».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG