BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniya İranın nüvə proqramıyla bağlı danışıqları bərpa etmək çağırışına müsbət cavab verib. Dövlətləri danışıqlarda təmsil edən Avropa Birliyinin Xarici siyasət komissarı Catherine Ashton martın 6-da bildirib ki, onlar İranın nüvə vasitəçisi Saeed Jalili-nin fevraldakı təklifini qəbul edirlər.
Bu qərarın açıqlanmasından az öncə İran Beynəlxalq Atom Enerjisi Agentliyini ölkənin hərbi obyektləri, o cümlədən Parchin zavoduna baxışa çağırmışdı.
Bu qərarın açıqlanmasından az öncə İran Beynəlxalq Atom Enerjisi Agentliyini ölkənin hərbi obyektləri, o cümlədən Parchin zavoduna baxışa çağırmışdı.