Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

AXCP fəalları sərbəst buraxılıb


Arxiv foto
Arxiv foto
Bu gün Yasamal rayon məhkəməsində AXCP fəallarından 5 nəfəri - Dəyanət Babayev, Cabbar Savalanlı, Bəhruz Həsənov, Ziya Zamanlı və Saqif Qurbanov cərimə olunaraq buraxılıb.
Bu haqda AzadlıqRadiosuna Cabbar Savalanlı məlumat verib. Bildirib ki, bu günkü aksiyada ona və Dəyanət Babayevə polis tərəfindən ağır xəsarətlər yetirlib. “AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlıya isə polis şöbəsində işgəncə verilib, onun taleyi haqqında heç bir məlumatımız yoxdur”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, polisin aksiyaçılara xəsarət yetirməsi haqqında məlumatlar doğru deyil. O Əbülfəz Qurbanlıya işgəncə verilməsi haqqında deyilənləri isə dezinformasiya adlandırıb.
Bu xəbər sayta hazırlanarkən AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, Əbülfəz Qurbanlı daxil olmaqla bu günkü aksiyada tutulanlarlın hamısı buraxılıb.
XS
SM
MD
LG