Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Baş Prokurorluq "saxta prokuror" tutduğunu deyir


Arxiv foto
Arxiv foto
-

Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi özünü prokuror kimi təqdim edib vətəndaşların pulunu mənimsəyənləri saxladığını bildirir. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Bakı şəhər sakini Orxan Axundov olub.

Rəsmi məlumatda qeyd edilir ki, Orxan Axundovun qanunsuz hərəkətləri barədə idarəyə daxil olan müraciət üzrə araşdırmalar aparılıb. "Müəyyən edilib ki, özünü Bakı şəhər Prokurorluğunun müstəntiqi kimi təqdim edən O.Axundov etibardan sui-istifadə etməklə 2011-ci ilin payız aylarında sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə Bakı sakinləri Lalə Məmmədovanın 400, Mehriban Ağayevanın isə 300 manat pulunu ələ keçirib.

Bundan başqa o, Rəşad Cabbarlını Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul etdirəcəyi adı ilə onun atası Əli Cabbarovdan əvvəlcədən razılaşdıqları 25.000 manat pulun qabaqcadan 6.000 manatını öz təşəbbüsü ilə notariat qaydasında borc müqaviləsi kimi rəsmiləşdirməklə alıb. Daha sonra eyni məqsədlə 300 manat pulunu da alaraq, cəmi 6.300 manat məbləğində özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq edib."

Fakta görə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır. Bu ittihamlar sübut olunsa, Orxan Axundov 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Cinayətdə ittiham olunan Orxan Axundovun vəkili, ya da yaxınlarının bu məlumatda səslənən iddialarla bağlı hər hansı fikirləri məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG