Qazaxıstan polisi Almatada 3 müxalifət fəalını həbs edib. Tutulanlardan biri – Erlan Qaliyev AzadlıqRadiosuna deyib ki, qeydiyyatdan keçməyən Algha - İrəli partiyasının üzvlərini 24 mart mitinqinə çağırış vərəqələri paylayarkən tutublar.
Müxalifət martın 24-də ötən ilin dekabrında Zhanaozen şəhərində baş verənləri anmaq üçün mitinq keçirmək istəyir. Dekabrda Zahanaozende neftçilərin etirazları polis gücünə yatırılmış və 16 nəfər həlak olub, 100-dən çox adam yaralanmışdı.
İrəli partiyasının sədri Vladimir Kozlov yanvar ayında Zhanaozen hadisələrinin təşkili ittihamı ilə həbs edilib.