Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 08:50

Həmsədrlər 1 aydan sonra yenidən gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri 1 ay sonra yenidən regiona səfər edəcəklər. Bunu Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən işgüzar nahardan sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, bu günə kimi müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

E. Məmmədyarov həmsədrlərin bir ay sonra regiona səfəri zamanı yeni formatda görüşlər keçiriləcəyini də açıqlayıb.
This item is part of
XS
SM
MD
LG