Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:28

5 minə yaxın adam Dövlət Miqrasiya Xidmətinə müraciət edib


Fevral ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən 4941 müraciət daxil olub.

Miqrasiya Xidmətinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, müraciətlər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi və sairlə bağlı olub.

Qanunsuz miqrasiya, müvəqqəti və daimi yaşama qaydalarının pozulması ilə bağlı 1.164 əcnəbinin inzibati qanunvericiliyin tələblərinin pozması müəyyən edilib.

Onlardan 224 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 798 əcnəbi barəsində ölkə ərazisini 48 saat ərzində tərk etmə, 142 əcnəbi haqqında isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərar qəbul edilib.
XS
SM
MD
LG