Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Azərbaycanın Eurovision--2012 mahnısı iki həftəyə hazır olacaq


Bu xəbəri Eurovision.az saytı yayıb.

Sayt bildirir ki, Eurovision Mahnı Müsabiqəsinin bu ilki Azərbaycan təmsilçisi Səbinə Babayevanın mayda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır.
Xəbərdə Eurovision mahnısının iki həftə ərzində təqdim olunacağı vurğulanır.

Xatırladaq ki, artıq bəzi ölkələr mahnılarını seçib və klip hazırlıqlarına başlayıb.

Ən son dünən—martın 5-də İtaliyanı Eurovision 2012-də təmsil edəcək Nina Zillinin mahnısı təsdiqlənib.

Müğənni “Bakı Kristal Zalı”nın səhnəsində Sanremo musiqi festivalında oxuduğu “Per Sempre” mahnısını səsləndirəcək. Hazırda mahnının yeni aranjemanı üzərində iş gedir.

Azərbaycan təmsilçisi Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın Eurovision--2012 təmsilçisi seçilib.

Azərbaycan 57-ci Eurovision Mahnı Müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
XS
SM
MD
LG