Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Gəncədə daşınmaz əmlakın qiyməti 10 faizədək artıb


Bu barədə V.E.S. Expert MMC-nin Gəncə filialının mütəxəssisi Ceyhun Əliyev məlumat verib.

Məlumata görə, bina evlərinin bir kvadrat metrinin qiyməti ötən ilin sonu 450 manata satılırdısa, hazırda 500 manatadək artıb.

Ekspert onu da deyir ki, qiymət artımı olsa da satışa çıxarılan bina evləri maksimum 3 gün ərzində satılır.

C. Əliyev deyir ki, həyət evlərinin alqısına tələbat olsa da satışa az sayda ev çıxarılır. Həyət evlərinin qiymətində isə artım azdır.

Ekspert proqnozlaşdırır ki, abadlıq işləri getdikcə, şəhərin görkəmi yaxşılaşdıqca evlərin qiymətində xeyli artım olacaq.
XS
SM
MD
LG