Keçid linkləri

2025, 17 Dekabr, çərşənbə, Bakı vaxtı 09:18

İraqdakı hücumda 27 polis ölüb


İraqın Anbar əyalətində bir-birinin ardınca baş vermiş hücumlar nəticəsində 27 polis həlak olub. Hücumlara görə məsuliyyəti “Əl-Qaidə” üstünə götürüb.

İstintaq orqanının məlumatına görə, hücum edənlərin çoxu hərbi formada olub. Hücum martın 5-də səhər tezdən olub.

Polisin verdiyi məlumata görə, hücum edənlər 50 nəfər olub. Onlardan biri öldürülüb.
XS
SM
MD
LG