Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək


Bakının 8 rayonunda Novruz bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək.

Məqsəd əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaqdır.

10-20 mart tarixində təşkil olunacaq yarmarkalar İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə keçiriləcək.

Yarmarkalar Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Sabunçu rayonları ərazisində təşkil olunacaq.
XS
SM
MD
LG