Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Virtual dərnəkdən ilk real kitab (FOTOLAR)


Martın 4-də "Odlar Yurdu" Universitetində 3 müəllifin (Raqif Raufoğlu, Mətləb Muxtarov, Asəf Zeynallı) publisistik yazılarını və şeirlərini özündə birləşdirən “Ölü Yazarlar Dərnəyi” adlı kitab təqdim olundu.

Tədbirdə müəlliflərlə yanaşı xalq artisti Flora Kərimova, rejissor Vüqar Əhmədov, gənc yazarlar Qismət, Cəlil Cavanşir, Əsəd Qaraqaplan, aparıcı və şair Azər Şirin, gənc müğənni Çingiz Mustafayev və.s qonaqlar iştirak etdilər.

Qeyd edək ki, kitabın adı Facebook sosial şəbəkəsində fəaliyyət göstərən eyniadlı dərnəkdən götürülüb və bu Azərbaycanda belə formada olan virtual dərnəyin ilk real kitabıdır.

“Ölü Yazarlar Dərnəyi” adlı kitabı sabahdan etibarən bütün kitab mağazalarında əldə etmək olar.

Kitab "Apastrof" çap evində nəşr olunub.




XS
SM
MD
LG