Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

Putin seçkilərin qalibi elan olundu


Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 5-də səhər Vladimir Putini prezident seçkilərinin qalibi elan etdi.
MSK sədri Çurov bildirib ki, səslərin 99 faizinin sayılmasından sonra Putin təxminən 64 faiz səslə qalib gəlib.
Seçkilərdə seçici fəallığı 65 faiz olub.

Seçkilərdə ikinci gələn kommunist lider Zyuqanov seçkilərin nəticəsini tanımadığını bildirib.

Digər namizədlər- Jirinovski və Mironov seçkilərin nəticələri ilə barışırlar.
Proxorov isə pozuntular haqda məlumatları araşdırandan sonra yekun qərarını verəcəyini bildirir.

Rusiyanın Qolos seçki müşahidəsi qrupu bildirib ki, onların hesablamalarına görə, Putin 50 faizdən bir qədər çox səs yığıb.

Müstəqil müşahidəçilər və müxalifət seçki pozuntuları haqda minlərlə məlumat topladıqlarını bildirirlər. Həmin məlumatlar qutulara topa ilə bülleten atılması, eyni adamların bir neçə məntəqədə səs verməsi, yəni karusel barədədir.
XS
SM
MD
LG