Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Gəncə şəhər Təhsil İdarəsinin rəisi dəyişdirildi


Gəncə şəhər Təhsil İdarəsinə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı məktəbin direktoru Zakir Hüseynov təyin olunub.

Bu barədə məlumatı Təhsil İdarəsindən təsdiqləyiblər.

Gəncə şəhər Təhsil İdarəsinin əvvəlki rəisi Mahal Əliyev bir müddət öncə öz ərizəsi ilə tutduğu vəzifədən gedib. Müvəqqəti olaraq rəis vəzifəsini onun müavini İsmayıl İsmayılov icra edib.

Mahal Əliyev 5 il idi ki, Gəncə Şəhər Təhsil İdarəsinə rəhbərlik edirdi.
XS
SM
MD
LG