Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:48

"Ulduz" jurnalının gənclər buraxan sayının müzakirəsi olacaq


Martın 6-da saat 14:00- da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ulduz” jurnalının Gənc Ədiblər Məktəbinin (GƏM) məzunlarının ixtiyarına verilən 11-ci nömrəsinin müzakirəsi keçiriləcək.

Tənqidçi Əsəd Cahangir və Elnarə Akimova jurnalda dərc olunan müəlliflərin əsərləri haqqında məruzə ilə çıxış edəcəklər.

Maraqlanan hər kəs tədbirə dəvətlidir.

Xatırladaq ki, jurnalda Alik Əlioğlunun, Aysel Əlizadənin, Rəbiqənin, Günel Şamilqızının, Feyziyyənin, Vüsal Nurunun, Elşad Ərşadoğlunun, Elvin Bakiroğlunun, Nərmin Hüseynzadənin, Səxavət Sahilin, Qılman İmanlının, Tapdıq Türksoyun, Sonanın şeirləri yer alıb.

Jurnaldakı “Qoşalülə” rubrikasında yazıçı Şərif Ağayar GƏM-in suallarını cavablandırıb.

Zərdüşt Şəfinin “Heykəltəraş”, Cavid Zeynallının “Qolsuz qırmızı don”, Pərvinin “Fiona”, Mövlud Mövludun “ Son zəng”, Günel Eminlinin “Qəribə qız”, Sahilə İbrahimovanın “Dörd Plastmas ağ qab” və Nahidin “ Gecə 12-dən sonra” hekayələri də jurnalda dərc olunub.

Topluda bundan başqa Leyla Şərifovanın orijinaldan çevirdiyi məşhur fantast Rey Bredberinin “Göy gurultusu” hekayəsi, Ülkər Nəsibbəylinin tərcüməsində Corc Oruelin “Mən nə üçün yazıram ? “ essesi, Fərid Hüseynin çevirisində Orxan Pamukdan Viktor Hüqo və Alber Kamyü haqqında esselər, Qismətin çevirisində ingilis metafizik şeirinin banisi hesab edilən Con Donn haqqında “Kölgələr haqqında bir dərs” essesi işıq üzü görüb.

"Ulduz” bu sayına Yeganə Cansailin Viktor Hüqonun, Sergey Yeseninin və Kafka həyatlarında olan qadınlardan bəhs edən “Ürək ovçuları” adlı araşdırma yazısı, Ülviyyə Heydərovanın Mircavad Mircavadov barəsində yazdığı “Ölümlə söhbət” məqaləsi, Fərid Hüseynin “Söz sözə çevrilməyəndə” ,Qismətin “Yuxulu və ayıq yazı” esseləri daxil edilib.
XS
SM
MD
LG