Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

Obama İranla müharibə söhbəti barədə xəbərdarlıq edir


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama deyir ki, İranla müharibə söhbəti çox yayılıb və «bu məsələlərin çəkisini yadda saxlamaq lazımdır».

Obama İsrailin lobbi qrupu olan Amerika İsrail İctimai İşlər Komitəsində çıxış edib. ABŞ prezidentinin çıxışından əvvəl bir neçə beynəlxalq media təşkilatı yazıb ki, İranın nüvə proqramını sıradan çıxarmaq üçün İsrailin zərbəsi qaçılmazdır.

B.Obama deyib: «Xahiş edirəm hamımız bu məsələlərin çəkisini yadda saxlayaq. İsrail, Amerika və bütün dünya üçün riskləri nəzərə alaq. Onsuz da müharibə söhbəti çox yayılıb. Son bir neçə həftə ərzində bu danışıqlar yalnız İran hökumətinin xeyrinə işləyib, neftin qiymətini qaldırıb. Onlar nüvə proqramını maliyyələşdirmək üçün neftdən asılıdırlar. İsrailin, Amerikanın təhlükəsizliyi naminə indi hədə-qorxu vaxtı deyil. İndi təzyiqimizi artırmaq və yaratdığımız böyük beynəlxalq koalisiyanı saxlamaq vaxtıdır».

Obama deyib ki, İranın nüvə silahı yoxdur, ABŞ və İsrail İranın nüvə proqramını diqqətlə izləyir. O, İrana tətbiq olunmuş sanksiyaların işləməsi üçün vaxt istəyib.

Tehran dəfələrlə bəyan edib ki, onun nüvə proqramı dinc məqsədlidir və silah hazırlamaq fikri yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG