Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:03

Rusiya müxalifəti hakimiyyəti yeni etiraz dalğasıyla hədələyir


Son məlumata görə, Rusiyada keçirilən prezident seçkisində 56 faizdən artıq seçici iştirak edib.

Bir sıra regionlarda artıq səsvermə başa çatıb və səslərin hesablanması gedir.

Səsvermələr zamanı insanların mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi, təkrar səsvermələr və seçicilərin ələ alınması da daxil olmaqla qanun pozuntularına yol verildiyi bildirilir.

Mərkəzi Seçki Komissiyasına artıq 60-dan çox şikayət daxil olub.

Hüquqşünas və korrupsiyadan yazan blogger Aleksey Navalnı Seçkiləri müstəqil müşahidə mərkəzində jurnalistlərə açqlamasında hakimiyyəti seçkini saxtalaşdırmaqda- fırıldaqçılıqda ittiham edib.

Müxlifət liderlərindən biri Mixail Kasyanov isə Moskvada jurnalistlərə açıqlamasında
deyib ki, hər şey bu gecə bəlli olacaq və sabah ölkədə yeni etiraz dalğası gözlənilir.

Prezidentlik uğrunda indiki baş nazir Vladimir Putin, Vladimir Jirinovski, Gennadi Züqanov, Mixail Proxrov və Sergey Mironov mübarizə aparırlar.
XS
SM
MD
LG