Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Respublikaçı Mitt Romney Vaşinqtonda qalib gəlib

ABŞ-ın Vaşinqton ştatında Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə Mitt Romney qalib gəlib.

Reutersin məlumatına görə, çərşənbə axşamı eyni vaxtda 10 ştatda keçiriləcək ilkin seçkilərdə Mitt Romney ilə onun əsas rəqibi Rick Santorumun qələbəyə şansları demək olar ki eynidir.

Massaçusets Ştatının keçmiş qubernatoru Romney ilə Pensilvani ştatının keçmiş senatoru
Santorum bərabər-32 faiz səs toplayıblar.

Digər rəqiblər onlardan xeyli geri qalırlar.
XS
SM
MD
LG