Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:51

ATƏT-in MQ həmsədrləri: «İşimizə davam edəcəyik»


ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serzh Sarkisianla görüş zamanı
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serzh Sarkisianla görüş zamanı
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke, İqor Popov və Jak For martın 3-də Xankəndində tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti Bako Saakyanla və xarici işlər naziri ilə görüşüblər.
Fransadan olan və həmsədr kimi fəaliyyətə yenicə başlayan Jak For görüşdən sonra jurnalistlərə deyib ki, Qarabağ münaqişəsi haqqında çoxlu oxumağına baxmayaraq, hələlil heç bir söz deyə bilməz.
Bir neçə aydan sonra ATƏT-in Minsk qrupunun yaradılmasından 20 il ötür. Bu prosesi necə qiymətləndirirsiz sualının cavabında İqor Popov deyib ki, onların fəalliyyətinin nəticəsində bu münaqişə yenidən alovlanmayıb. O əlavə edib ki, son illər onlar münaqişənin tənzimlənməsi üçün əsas prinsiplər üzərində işləyiblər və Popovun fikrincə, proses asta templə irəliləsə belə bunun özünü tərəqqi saymaq olar.
Azadlıq Radiosunun erməni xidməti soruşub ki, Azərbaycanda və Ermənistanda seçkilərə qədər hər hansı razılaşma əldə oluna bilərmi? Minsk qrupunun amerikalı həmsədri Robert Bradke deyib ki, seçkilər təkcə Azərbaycan və Ermənistanda yox, onların da ölkəsində gözlənir, amma bu o demək deyil ki, onlar işi dayandıracaqlar: "Əlbəttə ki, biz işimizə davam edəcəyik".
Bazar günü Rusiyada prezident seçkisi olduğundan İqor Popov səs vermək üçün həmkarları ilə birgə Yerevana gedib. Onlar Xankəndinə gəlməzdən əvvəl Ermənistan prezindenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Martın 5-də onların Bakıya səfəri gözlənir.
XS
SM
MD
LG