Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

«Ötən il Naxçıvanda 18 milyon vətəndaşa sərnişindaşıma xidməti göstərilib»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 14 (20.419) 24 yanvar 2012


KOMİTƏNİN YARANMASININ 10 İLLİYİ QEYD OLUNDU

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bu qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoymuş, Heydər Əliyev muzeyini ziyarət etmişlər...

Muxtar Respublikada ən müasir texnologiyaya uyğun şəkildə qurulmuş 5 istehsal müəssisəsi ISO 900 seriyalı beynəlxalq standartların tətbiqi haqqında beynəlxalq sertifikat almışdır...

Muxtar respublikamızın istehsal müəssisələrində beynəlxalq standartlara uyğunlaşdırılaraq hazırlanan milli standartların tətbiqi daxili bazarda yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin və ixrac imkanlarının artmasına şərait yaratmışdır. Xarici iqtisadi əlaqələr zamanı süni maneələrin aradan qaldırılması təmin edilmişdir...


NƏQLİYYAT NAZİRLİYİNDƏ ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən kollegiya iclasını giriş sözü ilə nəqliyyat naziri Mirsənan Seyidov açaraq 2011-ci ildə görülən işlər barədə danışıb...

...Ümumilikdə 18 milyon nəfərdən artıq vətəndaşa avtonəqliyyat vasitəsilə sərnişindaşıma xidməti göstərilib.

«Naxçıvan Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyətində ötən il ərzində yük daşınması xeyli artıb, 439 min 655 manat vəsait əldə olunub. Yük daşınması ötən ildəkindən 281 min 991 ton artıq olub. 134 min 847 nəfər sərnişin daşınaraq 44 min 597.70 manat gəlir əldə edilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI


- 2011-ci il uğurla başa vurulub

- Laporaskopik cərrahiyyədə uğurlar

- Qızıl fırçalı rəssam

- Nəqliyyat Nazirliyində ötən ilin yekunları müzakirə olunub

- Elektrik enerjisi ilə təminatda problem yoxdur
XS
SM
MD
LG