Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

400 manat rüşvət almaq ittihamı ilə 5 il azadlığından məhrum oldu


Arxiv foto.
Arxiv foto.

Korrupsiyada ittiham olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevə martın 2-də hökm oxunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

V. Gülmalıyev 2-ci qrup əlil Talıb Fərəcovun şikayəti əsasında 2011-ci ilin oktyabrında həbs edilib.

Talıb Fərəcov Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək bildirib ki, Vahid Gülmalıyev təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan 500 manat rüşvət tələb edir. Sonda onlar 400 manat razılaşıblar.

Prokurorluq əməkdaşları komissiya sədrini 2-ci qrup əlildən pul alan zaman həbs ediliblər.

Bu APA informasiya agentliyinin xəbəridir.

Vahid Gülmalıyevin vəkili, ya da yaxınlarının bu hadisə barədə hər hansı mövqeyi məlum deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG