Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 17:49

BMT Homsda edamların sayından həyəcan bildirir

BMT Suriyanın Homs şəhərində edamların sayından öz həyəcanını bildirib.
BMT-nin insan haqları üzrə baş komissarlığının yaydığı bəyanatda deyilir ki, edamların sayı haqda Suriya fəallarının verdiyi məlumatları yoxlamaq mümkün deyil, ancaq beynəlxalq qanunlara görə, məsuliyyəti Suriya hakimiyyəti daşıyır.

Müxalifət yaraqlıları taktiki baxımdan Homsu tərk etdiyini, bundan sonra bura gələn hökumət qoşunlarının müxalifət fəallarını edam etdiyini bildirirlər.
Cümə günü Qızıl Aypara Homsa ərzaq və dərman gətirməlidir.
This item is part of
XS
SM
MD
LG