Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26

AB liderləri yeni müqavilə imzalayıblar


Avropa Birliyi liderləri “Qızıl Qayda” adını verdikləri yeni müqavilə imzalayıblar.
Müqavilə özünün bütün iştirakçılarından balanslı büdcəyə riayət etməyi tələb edir.

Müqavilənin sponsopu Almaniyadır.

Avropa Birliyinə daxil olan 27 ölkədən yalnız ikisi müqaviləni imzalamayıb.

Böyük Britaniya bildirib ki, o bu müqaviləni dəstəkləmir. Çexiya isə öz konstitusiyasını əsas gətirərək imza atmayıb.

Rəsmi adı “Sabitlik, Koordinasiya və İdarəçilik” olan müqavilənin şərtinə görə, ölkələrdən biri daha çox xərcləsə, 25 ölkə avtomaik addımlar atır. Qaydalara riayət olunmasında Ali Hakim rolu isə Avropa Məhkəməsinə həvalə olunur.

Müqavilənin məqsədi daxil olan 17 ölkənin böyük borclara girməsinin qarşısını almaqdır. Müqavilə indi imza atan 25 ölkədən 12-də ratifikasiya olandan sonra qüvvəyə minəcək.
XS
SM
MD
LG