Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Elmar Hüseynovun məzarı başında gənclər ağızlarını bağladılar


Elmar Hüseynovun məzarı önündə
Elmar Hüseynovun məzarı önündə
Martın 2-də «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun mənzilinin qarşısında öldürülməsindən 7 il ötür. Həmin gün həmkarları, hüquq müdafiəçiləri, müxalifət partiyalarının liderləri, gənclər təşkilatları və ABŞ səfirliyinin əməkdaşları jurnalistin məzarını ziyarət etdilər.

Bir neçə gənc ağzını bağlayaraq əllərində plakatla Elmar Hüseynovun məzarı önündə dayandı.

Çıxışçılar 7 il əvvəl prezident İlham Əliyevin jurnalistin qatillərinin cəzalandırılması haqda vədini xatırlatdılar.

Müsavat Partiyası başqanı İsa Qəmbər isə 7 ildə qatillərin azadlıqda olmasının günahını siyasi hakimiyyətdə gördüyünü söylədi.

AXCP sədri Əli Kərimliyə görəsə, hakimiyyət Elmar Hüseynovu öldürməklə azad sözü boğmaq istəyirdi, amma buna nail olmadı.

Axşam saat 9-da Elmar Hüseynovun qətlə yetirildiyi bina qarşısında anım mərasimi olacaq.

Elmar Hüseynov 2005-ci ildə öldürülüb. O zaman İlham Əliyev qatili tapmaq üçün istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli törədənlərin Tahir Xubanovla Teymuraz Əliyevin olduğunu, Gürcüstanda gizləndiklərini bildirdi. Amma həmin şəxslər həbs olunmayıblar.

Elmar Hüseynovun redaktoru olduğu «Monitor» jurnalı siyasi hakimiyyəti kəskin tənqid edirdi. Beynəlxalq qurumlar onun siyasi yazılarına görə öldürüldüyünü bəyan edir və qatillərin həbsini tələb edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG