Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

ABŞ Qarabağ münaqişəsinin hərbi həlli yolu olmadığını bir daha xatırladıb


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun sözçüsü Robert B. Hilton Azərbaycan İsraildən silah alması haqda yayılan xəbərləri şərh edib. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllində çox maraqlıdır. ABŞ münaqişənin hərbi yolla həlinin olmadığına əmindir və tərəfləri həm cəbhə xəttində, həm də çıxışlarında soyuqqanlı olmağa çağırır.

Dekabrın 26-da İsrail rəsmiləri Azərbaycana 1.6 milyard dollarlıq hava hücumundan müdafiə və pilotsuz kəşfiyyat texnikası satılması haqda müqavilə imzalandığını təsdiqləmişdilər. Azərbaycan və İsrail rəsmiləri bu müqavilənin İranın nüvə proqramı ilə bağlı gərginliyə aidiyyatı olmadığını bildirsələr də, İran Azərbaycan səfirini nazirliyə çağırıb izahat tələb edib.
XS
SM
MD
LG