Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Suriyada ordu Homsu ələ keçirdiyini deyir


Suriyada təhlükəsizlik qüvvələri müxalifətin əsas istinadgahı olan Homs şəhərini ələ keçirdiklərini bəyan ediblər. “Röyter” agentliyinin məlumatına görə, hazırda şəhərdə artilleriya və tanklardan intensiv atışma gedir.

Ordunun Homsun Baba-Əmr rayonunda üsyançıların mövqelərini mühasirəyə aldığı bildirilir. Üsyançılar hökumət qüvvələrinə müqavimət göstərir.

Məlumatı Suriyadan olan hüquq müdafiəçiləri də dəstəkləyirlər. Şəhəri 7000 nəfərdən ibarət ordunun əhatəyə aldığı bildirilir.

Homsa hücum fevralın 28-i axşam saatlarında başlayıb. Suriya rəsmiləri şəhərin bütün üsyançılardan təmizlənəcəyini bildiriblər. Homsun ələ keçirilməsinə ölkə prezidenti Bashar Asadın qardaşının rəhbərlik etdiyi ordu hissəsi başçılıq edir.

BMT-nin hesablamalarına görə, ötən ilin mart ayından etibarən Suriyada davam edən iğtişaşlarda 7500-dən çox insan öldürülüb.
XS
SM
MD
LG