Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

ÇXDR nüvə proqramı fəaliyyətini dayandırır


Çin hökuməti Çin Xalq Demokratik Respublikasının uranı zənginləşdirməklə bağlı işləri dayandırmağa hazır olduğunu bildirməsini alqışlayıb.

Çin Xalq Demokratik Respublikasının xarici işlər nazirliyinin yaydığı bəyanatda o da deyilir ki, nüvə sınaqları ilə bağlı moratoriuma da əməl olunacaq. Bildirilir ki, bütün bunlar Koreya yarımadasında sülhün təmin olunmasına kömək edəcək.

Vaşinqtonla Pxenyan arasındakı razılaşmaya əsasən Şimali Koreya nüvə proqramı ilə bağlı fəaliyyətini dayandırmağının əvəzində Birləşmiş Ştatlardan ərzaq yardımı alacaq.

Bu razılaşma Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqların yenidən başlanması istiqamətindəki səyin bir hissəsidir.
XS
SM
MD
LG