Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:04

Badamdarda 4 ailə yataqxanadan çıxarılıb


Fevralın 29-da Badamdar qəsəbəsindəki Dövlət Neft Şirkətinə məxsus yataqxanadan 4 ailə çıxarılıb.
Bu barədə AzadlıqRadiosuna Neftçilərin Hüquqlarının müdafə komitəsindən məlumat verilib.
Hadisə yerində olan komitə nümayəndəsinin dediyinə görə, ailələri şirkətin Təhlükəsizlik Xidmətinin əməkdaşları zor gücünə çıxarıblar:
“Ailələr məhkəmə qərarı olmadan atılıb bayıra. Evin bütün avadanlıqları da tökülüb küçəyə. Sakinlər “102”yə zəng etdilər, polislər gəlsə də şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları heç nəyə fikir vermədən adamları evlərindən çıxardılar”.
1987-ci ildən həmin yataqxanada məskunlaşdıqlarını deyən Mehman Şəfiyev isə yaşamağa başqa yerlərinin olmadığını deyir:
“Bizə deyirlər ki, güya hardasa başqa yerdə evimiz var və burdan çıxmalısınız. Bizim heç bir yerdə evimiz, mülkümüz yoxdur, kimsə yalandan şirkətə məlumat verib”.
Mehman Şəfiyev deyir ki, atası Neft Şirkətinin işçisi olduğundan onların ailəsi şirkətin yataqxanasından çıxarılmamalıdır.
"Bizim yaşadığımız 5 mərtəbəli binada 100-ə yaxın ailə yaşayır. Bizim də onlar kimi bu yataqxanada yaşamaq hüququmuz var".
Baş verənlərə Dövlət Neft Şirkətindən hər hansı münasibət öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG