Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 17:36

“Eurovision-2012”nin biletləri online satışda


Fevralın 29-u saat 12-dən etibarən “Eurovision-2012” mahnı müsabiqəsinin biletləri eurovision.tv saytında online sistemdə satışa çıxarılıb.

Mayın 21-də keçiriləcək I yarımfinalın əsas məşqini izləmək 30-50 manata, mayın 22-də keçiriləcək yarımfinal (canlı) şousunu izləmək 90-150 manata başa gələcək.

Mayın 24-də keçiriləcək II yarımfinal (90-150 AZN) və onun əsas məşqinin biletləri (30-50 AZN) martın 5-dən, jürinin səs verəcəyi finalın biletləri martın 12-dən (60-100 AZN), mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-240) satışda olacaq.

“Eurovision-2012” şousunun təşkil olunacağı arena - “Baku Crystal Hall” 20 min tamaşaçı tutumuna malikdir. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayım Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Qalan biletlər isə satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçün satışa çıxarılır.

Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər.

Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG