Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 18:00

AB ölkələri səfirlərini Belarusdan geri çağırıb


Avropa Birliyi ölkələri öz səfirlərini Belarusdan geri çağırıb. Avropa Birliyi xarici siyasət idarəsini rəhbəri Catherine Ashton bildirib ki, bu addım Avropa Birliyinin həmrəyliyini göstərmək üçün atılıb.

Belarusun xarici işlər naziri Andrey Savnı isə bildirib ki, təzyiqlərə qarşı Belarus hökuməti öz maraqlarını qorumaq üçün digər tədbirlərə də əl atacaq.

İki gün əvvəl Avropa Birliyi Belarusda insan haqlarının pozulması ilə bağlı ölkənin 19 hakiminə və 2 hökumət nümayəndəsinə qarşı sanksiya tətbiq etmişdi.
XS
SM
MD
LG